30 Oktyabr

Bines kreditləri kəskin azalıb – PALATA SƏDRİ

Azərbaycan banklarının biznes strukturlarına ayrılan kreditlərin həcmi 30% azalıb. Fins.az xəbər verir ki, bunu Bakıda “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyyələr” mövzusunda keçirilən konfransdakı çıxışında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
Onun fikrincə, bu məbləğlər biznes təşəbbüsləri üçün yetərli deyil:
"Biznes kreditlərinin orta faiz dərəcəsi 22-26%, dollarda isə 13%-dir. Bu da real sektorun rentabeliyi ilə müqayisədə yüksəkdir. Kreditlərin bahalığı onunla bağlıdır ki, onların maya dəyəri yüksəkdir. Banklar illik 15%-lə əmanət qəbul edir, burada əməliyyat xərcləri, kreditin qaytarılmaması ehtimalı, məzənnə və digər riskləri nəzərə aldıqda kredit faizlərinin yüksək olması təbiidir”.
R.Aslanlı kreditlərin həcminin azalmasında tələb edilən təminatların yüksək olmasının da böyük rol oynadığını vurğulayıb.