30 Oktyabr

Bank dollar limitini 2 dəfə artırdı

Bu gün Azərbaycanın kommersiya banklarından biri dolların alış və satış limitini artırıb. Fins.az xəbər verir ki, söhbət "Bank VTB (Azərbaycan)"dan gedir.
Bu gündən Bank xarici valyuta alış/satışına tətbiq etdiyi limiti 50 min dollardan 100 min dollaradək artırıb.
Qeyd edək ki, bank mayın 23 dollara olan limiti 5 dəfə qaldırmışdı.
Xatırladaq ki, "Bank VTB (Azərbaycan)"da dolların alış məzənnəsi 1.6850 AZN, satışı 1.7040 /AZN-yə bərabərdir.