30 Oktyabr

Mərkəzi Bank sədrindən – MANAT AÇIQLAMASI

Beynəlxalq Bankın restrukturizasiyası planının xarici kreditorlar tərəfindən qəbul edilməməsi manatın məzənnəsinə təsir etməyəcək. Fins.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında bəyan edib.
Bildirib ki, Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturturizasiyası planının baş tutub-tutmaması manatın məzənnəsinə təsir etməyəcək.

“Bu prosesin manatın məzənnəzinə heç bir təsiri olmayacaq. Bildiyiniz kimi, Beynəlxalq Bankın xarici öhdəliklərinin restrukturizasiyası planı Maliyyə Sabitliyi Şurası tərəfindən qəbul olunmuş proqrama əsasən həyata keçirilir".

Sədr ilin sonunadək manatın məzənnəsi üçün heç bir riskin olmadığını da qeyd edib.

“İlin sonunadək manatın ucuzlaşması risklərini görmürük".