2017-ci ilin ilk rübündə Azərbaycanın cari əməliyyatlar balansında 380 milyon dollarlıq profisit yaranıb. Fins.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Bildirib ki, bu, 2 illik kəsirdən sonra ilk profisitdir.
"İlin sonunda cari hesab müsbət saldoya malik olacaq. Neftin hazırkı qiymərlərində və cari idxal-ixrac trendlərində cari hesabın müsbət saldoya malik olacağını, onun bir qədər də artacağını proqnozlaşdırırıq".
Sədr tədiyyə balansı ilə bağlı gözləntilərin müsbət olduğunu bildirib.