Mərkəzi Bank mayın 30-da növbəti depozit hərracı keçirəcəyini elan edib. Fins.az xəbər verir ki, bu dəfə 150 milyon manat məbləğində depozit cəlb etmək nəzərdə tutulur.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 12,01%-14,99% təşkil edir. Depozitlərin müddəti isə 13 gündür.
Xatırladaq ki, depozit hərracları ötən ilin iyun ayında keçirilməyə başlayıb. Əsas məqsəd dövriyyədəki manatın sterilizasiyasıdır.