Bu ilin iyun ayında Azərbaycanda həyata keçirlən sərt pul siyasətinin yumşaldılması gözlənilir. Fins.az xəbər verir ki, bunu jurnalsitlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov açıqlayıb.
"İlin əvvəlində biz çox sərt pul siyasəti proqramı qəbul etmişdirk. Faktiki olaraq yanvar-fevral aylarında buna əməl etdik. Proqram dövriyyədə olan pul kütləsinin daralmasını nəzərdə tuturdu. Nəticədə biz dövriyyədən əhəmiyyətli pul kütləsi çıxarmışdıq. Lakin fevraldan sonra baş verən manatın ucuzlaşması trendinə uyğun olaraq biz həmin pulu iqtisadiyyata qaytardıq".
Qeyd eədk ki, Mərkəzi Bankın sərt pul siyasəti nəticəsində dövriyyədən yığılan 800 milyon manata yaxın vəsait yenidən iqtisadiyyata qaytarılıb.
E.Rüstəmob deyib ki, ilin əvvəlindən Mərkəzi Bankın depozit və not portfelində əhəmiyyətli dəyişiklik yoxdur, pul bazası da dəyişməyib.
"Yəni, biz pul kütləsini daraltmamışıq. Bu gün biz pul proqramında qəbul edilən trayektoriyadan daha aşağı trayektoriyada gedirik".
Uçot dərəcəsinin azaldılmasına gəlincə, sədr iyun ayında bunun bir qədər yumşaldılmasının gözlənildiyini deyib:
"Faiz dərəcəsində əsas trend infilyasiya gözləntiləridir. Biz bu dinamikanı izləyirik və müsbət proseslərin getdiyini görürük. May ayının monitorinqi də göstərir ki, infilyasiyanın azalması trendi davam edir. Ona görə də faiz dərəcəsinə yenidən baxılması və bir qədər yumşaldıması aktuallaşır. İyun ayının ortalarında komitənin iclasında bu məsələ əsas müzakirə mövzusu olacaq".