30 Oktyabr

Tələb təklifi 3,3 dəfə üstələyib – DEPOZİT HƏRRACI

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 150 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 495,7 mln. manat təşkil edib.

Hərracda tələb təklifi 3,3 dəfə üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 150 mln. manat cəlb olunub, orta ölçülmüş faiz dərəcəsi isə 12,01% olub.

© Report