May ayının 31-də banklararası ticarətdə dollar ucuzlaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.6925 manat məzənnəsi ilə başlayıb. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,62% dəyər itirməsi deməkdir. Ötən gün “Bloomberg”də dollar ticarəti 1.7031 manat məzənnəsi ilə yekunlaşmışdı.
Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.