Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərinə dəyişiklik edib. Fins.az xəbər verir ki, səhər saatlarında banklarda dolların ən sərfəli alış məzənnəsi 1.6890 manata, ən sərfəli satışı 1.6950 manata bərabərdir.
Araşdırmaya əsasən, dünən axşam saatları ilə müqayisədə “Amrahbank” ABŞ valyutasının alış və satış məzənnəsini ucuzlaşdırıb: alışı 1.6880 manatdan 1.6850 manatadək, satışı 1.6980 manatdan 1.6950 manatadək.
“Unibank” isə alış məzənnəsini bahalaşdırıb, satışı ucuzlaşdırıb: alışı 1.6700 manatdan 1.6750 manatadək, satışı 1.7070 manatdan 1.7050 manatadək.
“Bank Avrasiya” və “NBC Bank” dolların alış qiymətini bahalaşdıran banklardır:
“Bank Avrasiya” – 1.6800 manatadan 1.6880 manatadək;
“NBC Bank” – 1.6800 manatdan 1.6890 manatadək.
“Bank of Baku” və “Bank VTB Azərbaycan” isə dolların alış qiymətini əksinə ucuzlaşdıran banklardır:
“Bank of Baku” – 1.6750 manatdan 1.6700 manatadək;
“Bank VTB Azərbaycan” – 1.6850 manatdan 1.6800 manatadək.
“Paşa Bank”, “Ziraat Bank Azərbaycan” və “Bank Respublika” isə ABŞ valyutasının satış qiymətini ucuzlaşdırıb:
“Paşa Bank” – 1.7050 manatdan 1.7040 manatadək;
“Ziraat Bank Azərbaycan” – 1.7060 manatdan 1.7050 manatadək;
“Bank Respublika” – 1.7100 manatadan 1.7020 manatadək.