"Dövlət ABB-nin öhdəlikləri ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirib və Banka kifayət qədər likvidlik verib, buna görə də ölkədaxili bank münasibətlərində hər hansı problem yaşanmayıb".
Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev bəyan edib. Bildirib ki, Beynəlxalq Bankın ətrafında baş verənlər ölkədə banklararası, eləcə də əhali və banklar arasında münasibətlərə təsir edib.
ABA sədrinin sözlərinə görə, ABB ilə bağlı vəziyyətin Azərbaycanın digər banklarının xaricdən vəsait cəlb etməsinə necə təsir edəcəyini zaman göstərəcək:
"Ancaq hələ ki, yerli kredit təşkilatlarının xaricdən intensiv şəkildə borc almasına ehtiyac yoxdur. Xaricdən cəlb edilən vəsaitlərin yerləşdirilməsinə dair müəyyən məhdudiyyətlər var".