30 Oktyabr

Hərrac ərəfəsində “Bloomberg”də manat bahalaşdı

İyun ayının 1-də banklararası ticarətdə manat bahalaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.7086 manat məzənnəsi ilə başlayıb və 1.6930 manata qədər düşüb. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,84% dəyər itirməsi deməkdir. Ötən gün “Bloomberg”də dollar ticarəti 1.7074 manat məzənnəsi ilə yekunlaşmışdı.

Qeyd edək ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Xatırladaq ki, bu gün növbəti valyuta hərracı keçiriləcək.