"Atabank" elektron xidmətlərin inkişafına diqqəti artıracaq. Bunu Fins.az-ın sorğusuna cavab olaraq Bankın idarə heyətinin sədr müavini Etibar Babaşlı bildirib.
Onun sözlərinə görə, bankın 3 illik inkişaf strategiyası hazırlanıb. Bank sistemində yeni texnologiyaların, innovativ alətlərin istifadəsi zərurəti yaranıb.
"Biz Atabank olaraq hər zaman bazara yeniliklər gətirmişik. indi də bu tendensiya davam edir. Bu gün müştərilərin bank filialına gəlmədən bank xidmətinin alınması ön plandadır. Ona görə də yeni "internet banking" xidmətini istifadəyə vermişik. Onun yanında kart məhsullarının yenilənməsi priatitet məsələdir".
E.Babaşov CDB Banka məxsus olan bank mıhsullarınında da yenilənərək müştərilərə təqdim ediləcəyini bildirib. Əlavə edib ki, bankda elektron xidmətlərin inkişafına diqqət artırılacaq.