Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edib. Fins.az-ın məlumatına görə, iyun ayının 5-də keçiriləcək hərrac vasitəsilə 200 milyon manat cəlb edilməsi planlaşdırılır. Müddət 14 gün, faiz dərəcəsi 12,01% – 14,99% təşkil edib. Xatırladaq ki, may ayının 30-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 495,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil etmişdi.