Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərinə dəyişiklik edib. Fins.az xəbər verir ki, səhər saatlarında banklarda dolların ən sərfəli alış məzənnəsi 1.6900 manata, ən sərfəli satışı 1.6930 manata bərabərdir.
Araşdırmaya əsasən, dünən axşam saatları ilə müqayisədə “Niloil Bank” dolların alış qiymətini ucuzlaşdırıb, satışı bahalaşdırıb: alışı – 1.6850 manatadan 1.6800 manatadək; satışı – 1.7040 manatdan 1.7070 manatadək.
“Paşa Bank” isə hər iki göstəricini ucuzlaşdırıb: alışı - 1.6650 manatdan 1.6600 manatadək, satışı – 1.7035 manatdan 1.7030 manatadək.
“Atabank” və “Ziraat Bank Azərbaycan” ABŞ valyutasının satış qiymətini ucuzlaşdırıb:
“Atabank” 1.7060 manatdan 1.7050 manatadək;
“Ziraat Bank Azərbaycan” – 1.7050 manatdan 1.7040 manatadək.
“Yapı Kredi Bank Azərbaycan” alış qiymətini, “Bank Respublika” isə satış qiymətini cuzi bahalaşdırıb:
“Yapı Kredi Bank Azərbaycan” 1.6780 manatdan 1.6900 manatadək;
“Bank Respublika” 1.7020 manatdan 1.7021 manatadək.