30 Oktyabr

Bankların kapitalı azalıb – İCMAL RƏQƏMLƏRİ

2017-ci ilin aprel ayında bankların nağd vəsaitləri və Mərkəzi Bankdakı müxbir hesablarında olan vəsaitlər artıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı icmala görə, apreldə bankların nağd vəsaitlərinin ümumi həcmi 1,248.3 milyon manat olub.

Fins.az-ın məlumatına görə, 2017-ci ilin mart ayında bu göstərici 1,136.8 milyon manat olub.
Bankların Mərkəzi Bankdakı müxbir hesablarında toplanan vəsaitlərinin ümumi məbləği isə 4,234.4 milyon manata çatıb. Halbuki, martda bu rəqəm 3,673.5 milyon manat olub.
İlk 4 ayda bankların nostro hesablardakı vəsaitləri də 113.1 milyon manat artaraq 1,081.3 milyon manata çatıb.
Aprel ayında bankların ümumi kapitalı isə azalaraq 2,442.3 milyon manata düşüb. 3-cü rübün nəticələrinə görə, bu göstərici 2,446.2 milyon manat olub.
Bu müddətdə bankların ümumi ehtiyatları da azalıb. əgər mart ayında bankların ehtiyatları 314 milyon manat, aprel ayında isə 305.4 milyon manat olub.
Bankların cəmi kapitalı da apreldə azalaraq 2,747.6 milyon manata çatıb.