30 Oktyabr

Əhalinin banklardakı əmanətləri azalıb

2017-ci ilin ilk 4 ayında banklardakı depozitlərin ümumi məbləği mart ayı ilə müqayisədə artıb. Fins.az xəbər verir ki, mayın 1-dək banklarda depozitlərin həcmi 16,783.8 milyon manat təşkil edib. Aprelin 1-ə olan göstərici isə 15.844.7 milyon manat olub.

Apreldə mövcud olan əmanətlərin 6,847.5 milyon manatı fiziki şəxslərin, 9,936.4 milyon manatı isə hüquqi şəxslərin payına düşüb. Mart ayı ilə müqayisədə apreldə əhalinin banklardakı əmanətlərinin həcmi 41,7 mln. manat azalıb. Martın sonuna əhalinin banklarda olan əmanətlərinin həcmi 6,889.2 milyon manat olub.

Ümumiyyətlə, bu ilin əvvəlindən əhalinin əmanətləri 584,6 mln. manat və ya 7,87% azalıb.

Hüquqi şəxslərin bankları depozitləri də azalıb. Belə ki, martda bu rəqəm 8,955.5 milyon manat olub.