30 Oktyabr

Mərkəzi Bankın banklara qarşı tələbləri 53,06% azalıb

Bu ilin aprel ayında Azərbaycan banklarının Mərkəzi Bankı (AMB) qarşısında öhdəliyi azalıb.

Mart ayı ilə müqayisədə apreldə bankların AMB qarşısında öhdəliyi 61,6 mln. manat və ya 7,18% azalaraq 795,8 mln. manat təşkil edib.

Ümumiyyətlə, ilin əvvəlindən Mərkəzi Bankın banklara qarşı tələbləri 899,7 mln. manat və ya 53,06% azalıb.

© APA