30 Oktyabr

MBNP: Bu il banklar kreditləşməni 1 mlrd. manatadək azaldıb

Bu ilin aprelində ölkədəki bankların müştərilərə verdiyi kreditlərin həcmi azalıb.

May ayının 1-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği 15 mlrd. 34 mln. manat təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 19,1 mln. manat və ya 0,13% azalma deməkdir.

Ümumiyyətlə, ilin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 904,3 mln. manat və ya 5,67% azalıb.