30 Oktyabr

May ayında hərracda nə qədər dollar satılıb? – NEFT FONDUNDAN AÇIQLAMA

Azərbaycan Respublikası Dövlət Neft Fondu ötən ay hərracda satılan valyutanın həcmini açıqlayıb. Fonddan Fins.az-a verilən məlumata görə, valyuta hərraclarında 2017-ci ilin may ayında 300,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Qeyd edək ki, bu aprel ayından 36% çoxdur. Belə ki, Fond aprel ayında hərracda 220,8 milyon dollar satmışdı.