Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərinə dəyişiklik edib. Fins.az xəbər verir ki, səhər saatlarında banklarda dolların ən sərfəli alış məzənnəsi 1.6890 manata, ən sərfəli satışı 1.6930 manata bərabərdir.
Araşdırmaya əsasən, dünən axşam saatları ilə müqayisədə “NBC Bank” dolların alış və satış qiymətini ucuzlaşdırıb: alışı – 1.6850 manatadan 1.6800 manatadək; satışı – 1.7000 manatdan 1.6950 manatadək.
“Yapı Kredi Bank Azərbaycan” ABŞ valyutasının alış qiymətini cuzi bahalaşdırıb: 1.6850 manatdan 1.6890 manatadək.
“Amrahbank” isə dolların satış qiymətini bahalaşdırıb: 1.6930 manatdan 1.6950 manatadək.