30 Oktyabr

Hərrac ərəfəsində banklar arasında dollar yenidən ucuzlaşdı

İyun ayının 6-də banklararası ticarətdə dollar yenidən ucuzlaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.6905 manat məzənnəsi ilə başlayıb. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,29% dəyər itirməsi deməkdir. Ötən gün “Bloomberg”də dollar ticarəti 1.6954 manat məzənnəsi ilə yekunlaşmışdı.

Qeyd edək ki, bu gün növbəti valyuta hərracı keçiriləcək.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.