30 Oktyabr

Manat dollara nisbətən bahalaşacaq – ING

Hollandiyanın ING bankı 2017 və 2018-ci illər üzrə manatın məzənnəsinə dair proqnozunu açıqlayıb.

Bank 2017-ci ildə manatın dollara nisbətən orta məzənnəsinin 1,7, gələn il isə 1,59 səviyyəsində formalaşacağını proqnozlaşdırır. Bankirlərin proqnozuna əsasən, bu illə müqayisədə gələn il manat dollara nisbətən orta hesabla 6,47% möhkəmlənəcək.

ING 2016-cı ildə 1 dolların orta məzənnəsinin 1,63 manat olacağını təxmin edib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bu günə USD/AZN rəsmi məzənnəsini 1,7021 səviyyəsində müəyyən edib.

© APA