Bu gün keçirilən valyuta hərracında satılan dolların həcmi məlum olub. Fins.az-ın əldə etdiyi məlumata görə, banklar Dövlət Neft Fondu və Mərkəzi Bank tərəfindən çıxarılan 35 milyon dolların cəmi 13 milyon dollarlıq hissəsini alıb. Başqa sözlə, təklif edilən valyutanın 62,8%-i və ya 22 milyon dolları satılmayıb.
Məlum olub ki, banklar hərracda satılan dolların məzənnəsinin yüksək olduğunu bildirirlər. Ona görə də, valyuta hərracındansa, banklararası ticarətdə dolları almağı üstün tuturlar. Belə ki, bu gün hərracda yalnız 3 sifariş olub. Sifarişlərdən biri 1.7021 AZN/USD, ikisi 1.7023 AZN/USD məzənnəsi ilə qəbul edilib. Banklararası ticarətdə isə hazırki məzənnə 1.70 manatdan aşağıdır.