İyun ayının 8-də banklararası ticarətdə dollar yenidən bahalaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar 1.6906 manata qədər bahalaşıb. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,27% dəyər qazanması deməkdir. Qeyd edək ki, iyunun 7-də “Bloomberg”də dollar ticarəti 1.6680 manat məzənnəsi ilə yekunlaşmışdı.
Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.