30 Oktyabr

"Azərbaycan regionda əsas hab rolunu oynaya bilər" – VÜSAL QASIMLI

"Ətrafımızda 300 mln. nəfər əhalisi, 3 trln. dollarlıq bazarı olan ərazilər mövcuddur".

Fins.az xəbər verir ki, bunu Avropa İttifaqı-Azərbaycan biznes-forumunda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, Azərbaycan regionda əsas hab rolunu oynaya bilər: "Azərbaycan Avropa İttifaqı üçün alternativ enerji mənbələrindən biridir. Kənd təsərrüfatı və turizm sahələri potensial inkişaf imkanları olan sahələrdir".

© Report