İyun ayının 8-da “qara bazar”da dolların məzənnəsi dəyişməyib. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən səhər saatlarında dolların alışı 1.6850 manat, satışı isə 1.6900 manat olaraq qalıb.
Dollardan fərqli olaraq, avro “qara bazar”da ucuzlaşıb. Belə ki, Avropa valyutasının alışı hazırda 1.8900 manatdan 1.8700 manata, satışı isə 1.9000 manatdan 1.8900 manata düşüb.
Qeyd edək ki, bu gün növbəti valyuta hərracı keçiriləcək. Hərracda dolların məzənnəsi ilə bağlı ciddi dəyişikliyin gözlənilməməsi ABŞ valyutasının məzənnəsini stabil saxlayıb.