Xəbər verdiyimiz kimi, bu gün baş tutan valyuta hərracında dollar sabit olaraq qalıb – 1.7022 AZN/USD səviyyəsində. Fins.az-ın maliyyə dairələrindən əldə etdiyi məlumatlara görə, Neft Fondunun hərraca çıxardığı vəsaitin hamısı satılmayıb.
Hərracda $35 milyonun ancaq 12 milyon 500 min dolları satılıb.
Qeyd edək ki, hərracda dollara tələbat daha da endiyi müşahidə edilib. Belə ki, bu dəfə banklardan cəmi 2 sifariş daxil olub.