30 Oktyabr

İlk rəqəmsal bank yaxın 5 ildə yaradıla bilər

Azərbaycanda ilk rəqəmsal bankı açmaq fikrindıyik.

Bunu Avropa İttifaqı - Azərbaycan biznes-forumunda çıxış edən "Goldenpay" şirkətinin rəhbəri Fərid İsmayılzadə deyib.

Onun sözlərinə görə, ilk rəqəmsal bankın yaradılması yaxın 5 ildə reallaşa bilər.

F.İsmayılzadə həmçinin deyib ki, rəhbərlik etdiyi şirkət 2018-2019-cu illərdə səhmlərini açıq satışa çıxarmaq istəyir.

© Report