30 Oktyabr

"Xalq Bank" 8 mln. dollarlıq istiqraz alıb

2016-cı maliyyə ili ərzində "Xalq Bank" ASC "Cənub Qaz Dəhlizi" QSC-nin buraxdığı 8 mln. dollar dəyərində avrobond (istiqraz) alıb.

İstiqrazlara Azərbaycan Respublikasının suveren zəmanəti verilib.

İstiqrazlar üzrə gəlirlilik 6,875% təşkil edir. Ödənişlər ildə iki dəfə - martın 24-ü və sentyabrın 24-ü yerinə yetirilməlidir.
Son ödəniş müddəti 2026-cı il olan qiymətli kağızlar İrlandiya Fond Birjasında yerləşdirilib.

© APA