30 Oktyabr

“Bloomberg”də dollar bir ay əvvəlki səviyyəyə düşdü

İyun ayının 9-də banklararası ticarətdə dollar dəyişməyib. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə1.6861 manat kursu ilə başlayıb. Qeyd edək ki, iyunun 8-də “Bloomberg”də dollar ticarəti 1.6861 manat məzənnəsi ilə yekunlaşmışdı.

Ümumilikdə isə dolların ucuzlaşması ilə bağlı tendensiya davam edir. Dollar bir ay əvvəlki səviyyəyə düşüb. Belə ki, 1.6800 manat məzənnəsi sonuncu dəfə may ayının əvvəlində qeydə alınmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.