Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərinə dəyişiklik edib. Fins.az xəbər verir ki, səhər saatlarında banklarda dolların ən sərfəli alış məzənnəsi 1.6910 manata, ən sərfəli satışı 1.6930 manata bərabərdir. Dünən isə səhər vaxtları bu göstəricilər müvafiq olaraq 1.6900 və 1.6930 manata bərabər idi.
Araşdırmaya əsasən, dünən axşam saatları ilə müqayisədə “ATABank” dolların alış qiymətini 1.6750 manatadan 1.6800 manatadək bahalaşdırıb.
“Kapital Bank” həmçinin ABŞ valyutasının alış qiymətini bahalaşdırıb: 1.6900 manatdan 1.6910 manatadək.
“Yapı Kredi Bank Azərbaycan” isə dolların alış qiymətini bahalaşdırıb, satışı ucuzslaşdırıb: alış – 1.6900 manatdan 1.6910 manatadək, satış 1.7050 manatdan 1.7030 manatadək.
“Bank Silk Vey” həmçinin dolların satış qiymətini ucuzlaşdırıb: 1.7025 manatdan 1.7000 manatadək.