30 Oktyabr

Depozit hərracında tələb 3,3 dəfə artdı – HƏRRAC

Mərkəzi Bank bu gün vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib. Fins.az-ın məlumatına görə, hərracda 200 milyon manat vəsaitin cəlb edilməsi nəzərdə tutulub. Amma tələb 665,2 milyon manat olub. Başqa sözlə, tələb təklifdən 3,3 dəfə çox olub.

Depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil edib.