30 Oktyabr

“O banklar birləşəcək ki...” – AÇIQLAMA

Yaxın müddətdə ölkədə hər hansı bankın bağlanacağı real görünmür. Bunu Fins.az-a açıqlamasında iqtisadçı-ekspert Cəfər İbrahimli deyib. Onun sözlərinə görə, “Banklar haqqında” qanuna edilən dəşiyiklikdən sonra bankların bağlanması gözlənilmir. Amma konsolidasiya müzakirə mövzusu ola bilər: “Banklar bağlanandan çox sonra bunun gətirəcəyi ağır nəticələrini görünməyə başladı. Belə ki, banklar bağlanan zaman sadəcə əhali əmanətləri nəzərə alınır və bu rəqəmin çox böyük problemlər yaratmayacağı vurğulanırdı. Amma sonraki mərhələdə əmanətlərin kompensasiya olunmayan hissəsi, özəl və dövlət hüquqi şəxslərinin banklarda qalan vəsaitlərinin ödənilə bilməməsi iqtisadiyyata dəyən ziyanın ciddi həcmədə olduğu məlum oldu”. Digər tərəfdən, Əmanətlərin Sığortalanması Fondunun bankların öhdəliklərinin yerinə yerilməsi üçün vəsaitləri yoxdur.
C.İbrahimli hesab edir ki, Azərbaycanda bankların birləşməsi prosesi davam edəcək. Xüsusilə də hazırki qanunverciliklə Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyəti artıb. Məsələn, əvvəl bankın bağlanması ilə bağlı onun səhmdarlarının qərarı daha önəmli idi. Amma indi Palata rəy hazırlayır və birləşmə qərarını verirsə, banklar bundan qaça bilməz. Başqa sözlə, birləşmə ilə bağlı iki bankın səhmdarlarını arasında müzakirələr nəticə vermirsə, körpü bank vasitəsilə həmin bankın sağlam aktivləri götürülür. Bankda yalnız qeyri-sağlam aktivlər qalır.
C. İbrahimli bildirib ki, artıq “Ata Bank” və “CDB Bank” timsalında bankların birləşməsi üzrə eksperiment baş tutdu. Bu isə həmin bankların səhmdar bazasının eyni olması ilə bağlı idi. Ekspert hesab edir ki, növbəti mərhələdə də daha çox səhmdar bazası əlaqəli olan bankların birləşməsi daha real görünür. İlin sonuna kimi manatın məzənnəsinin sabit qalacağı gözlənilir. Makroiqtisadi göstəricilər, ümum daxili məhsul, Mərkəzi Bankın pul siyasəti və büdcədə dəyişiklik edilməməsi, o cümlədən manatın məzənnəsinin stabil olaraq qalması müddətində bazar təhlil ediləcək. Yəni, bugünkü vəziyyət nəyə müsbət, nəyə mənfi təsir edib? Ondan sonra mənfilərin aradan qaldırılmasına başlanılacaq. Bu eyni zamanda hansı bankların birləşməli olduğunu da müəyyən edəcək.