30 Oktyabr

"Azərbaycan höküməti lazım bilərsə, biz hazırıq"

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın kənd təsərrüfatında layihələrin maliyyələşdirilməsini nəzərdən keçirməyə hazırdır.

Bu barədə AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov məlumat verib.

Onun sözlərinə görə, hökümət üçün prioritet olan məsələ AİB üçündə əsas məsələdir: "Ona görədə əgər Azərbaycan höküməti bizim kənd təsərrüfatı sektorunda işləməyimizi lazım bilərsə, biz bu barədə layihələr baxmağa hazırıq".

O həmçinin bildirib ki, bank Azərbaycanda xüsusi orta təhsil sahəsinin inkişafı üçün maliyyə ayırmağa və təhsil nazirliyi ilə işləməyə hazırdır, əgər hökümət belə təklif verərsə.

© Trend