İyun ayının 12-də banklararası ticarətdə dollar günə bahalaşma ilə başlayıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.6938 manat kursu ilə başlayıb. Bu isə o deməkdir ki, dollar manat qarşısında 0,46% dəyər qazanıb.
Qeyd edək ki, iyunun 11-də “Bloomberg”də dollar ticarəti 1.6861 manat məzənnəsi ilə yekunlaşmışdı.
Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.