30 Oktyabr

Mərkəzi Bank 600 milyon manatı yığır – NOT BURAXILIŞI

Maliyyə Bazarlarına Nəzarət Palatası iyunun 9-da Mərkəzi Bankın hər birinin nominal dəyəri 100 manat olan 1 000 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100157S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyata alınıb. Bu barədə Fins.az-a Palatadan bildirilib. Məlumata görə, sözügedən notların tədavül müddəti 28 gündür.

Xatırladaq ki, MBNP tərəfindən həmçinin 26 may tarixində Mərkəzi Bankın hər birinin nominal dəyəri 100 manat olan 5 000 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 57S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdı.