30 Oktyabr

Depozit hərracında tələb kəskin düşdü

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 150 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 387,8 mln. manat təşkil edib.

Fins.az bu barədə AMB-yə istinadən xəbər verir.

Hərracda tələb təklifi 2,59 dəfə üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 150 mln. manat cəlb olunub, orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil edib.