Azərbaycanda cari ilin yanvar-aprel ayları ərzində ATM və POS-terminallar vasitəsilə ümumilikdə 335 mln. manat həcmində 4 862 min əməliyyat həyata keçirilib.
Hesabata əsasən, nağdsız əməliyyatların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 103 mln. manat və ya 44,4% artıb.
Əməliyyatların 250 mln. manatı POS-terminallar, 85 mln. manatı ATM-lər vasitəsilə həyata keçirilib. Beləliklə, POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmində 115 mln. manat və ya 85,2% artım, ATM-lər vasitəsilə ödənişlərdə isə 12 mln. manat və ya 12,4% azalma qeydə alınıb.
Hesabata əsasən, cari ilin aprel ayında POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi əvvəlki ayla müqayisədə 11 mln. manat və ya 15,3% azalaraq 61 mln. manat, ATM-lə nağdsız ödənişlərin həcmi isə dəyişməz qalaraq 17 mln. manat təşkil edib.
© Report