30 Oktyabr

Fed faiz artırdı

ABŞ Mərkəzi Bankı Fed-in İyun ayı iclası başa çatıb. Fins.az xəbər verir ki, iclasda qəbul olunmuş qərarla uçot dərəcəsi (faiz) 0,75%-1.00% aralığından 1.00%-1.25% aralığına qaldırılıb. Beləliklə, Fed faizi 0,25 faiz bəndi artırıb.

İnvestorlar da Fed-in faizi bu nisbətdə artıracağını gözləyirdilər.

Bank son olaraq Mart ayında faizi 25 bənd artıraraq 0,75-1,00 faiz aralığına yüksəltmişdi.

"Fed 2017-də 1 dəfə, 2018-ci ildə isə 3 dəfə faiz artırımı nəzərdə tutur", - qərar mətnində deyilir.