30 Oktyabr

Banklar arasında dollar bahalaşdı –SON DƏQİQƏ

İyun ayının 16-da banklararası ticarətdə dollar yenidən bahalaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.6965 manat kursu ilə başlayıb. Başqa sözlə, dollar manat qarşısında 0,62% dəyər qazanıb.

Qeyd edək ki, ötən gün “Bloomberg”də dollar ticarəti 1.6861 manat məzənnəsi ilə yekunlaşmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.