Mərkəzi Bank (AMB) vəsaitlərin cəlb edilməsi üzrə bu gün keçirilən depozit hərracının nəticələrini açıqlayıb.
AMB-dən Fins.az-a verilən məlumata görə, depozit hərracında tələb 586,1 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil edib. Bununla da tələb təklifdən 2,9 dəfə çox olub.
Qeyd edək ki, bu gün keçiriləcək depozit hərracında 200 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulurdu.