İyunun 19-da “Azər Türk Bank” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.
Bankdan verilən məlumata görə, Orxan Ziyad oğlu Hüseynov “Azər-Türk Bank” ASC İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
© APA