30 Oktyabr

Bankın idarə heyətinin üzvü işdən çıxdı

VTB (Azərbaycan)-ın İdarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru Okayev İqor Anatolyeviç bu günlərdə Bankı tərk edib.

Məlumatı VTB (Azərbaycan)-dan da təsdiqləyiblər.

O, 2016-cı ilin əvvəlində VTB (Azərbaycan)-a keçmişdi.

Okayev İqor Anatolyeviç ilə birlikdə Sənədli əməliyyatlar departamaentinin sədri Tural Hüseynov da VTB (Azərbaycan)-dan çıxıb.

Qeyd edək ki, İ.Okayev VTB (Azərbaycan)-dan əvvəl Unibank-ın korporativ müştərilərlə iş üzrə departamentinə rəhbərlik edib. Fins.az xəbər verir ki, “Marja”nın əldə etdiyi məlumata görə, o yenidən əvvəlki iş yerinə qayıdacaq.

Xəbər verdiyimiz kimi, nizmnamə kapitalını 70% artıran Unibank peşəkar biznes komandasını geri qaytarmaq niyyətindədir. Bank korporativ biznesin inkişafı istiqamətində mühüm dəyişiklər etmək niyyətindədir. Bu məqsədlə ciddi kadr transferləri gözlənilir.

[#gallery#]