30 Oktyabr

S&P “Muğanbank”ın reytinqini yenilədi

"Standard Poor`s" (SP) beynəlxalq reytinq agentliyi "Muğanbank" ASC-nin kredit reytinqini "B-/B" səviyyəsindən "ССС+/С" səviyyəsinədək endirib. Reytinq üzrə proqnoz neqativdir.

"Reytinqin endirilməsi özündə bankın kreditləşmə qabiliyyətini ehtiva edir", - deyə agentliyin açıqlamasında deyilir.

Agentliyin analitikləri qeyd edir ki, Azərbaycanda hökm sürən əlverişsiz əməliyyat mühiti "Muğanbank"ın likvidliyinə və kapitallaşmasına da neqativ təsir edib.

SP bildirir ki, 2016-cı ildə bank güclü depozit axını ilə üzləşib. Belə ki, manatın məzənnəsinin korreksiyasını da nəzərə alsaq, bankın depozit portfeli 30% azalıb. "Nəticədə bankın likvidliyi təzyiqlə üzləşib. Yüksəklikvidli aktivlərin həcmi isə təxminən 77% azalaraq 14,5 mln. manata çatıb. Onu da qeyd edək ki, 2017-ci ildə depozit axını səngiyib. Lakin bankın likvidlik ehtiyatı hazırda minimal həddədir ki, bu da riskləri artırır", - deyə məlumatda vurğulanıb.

© APA