Son iki gündə rubl da manat qarşısında ucuzlaşmaqda davam edir. “Dollar alverçi”ləri Fins.az-a bildirirlər ki, 1 rus rublunun alışı ötən günlə müqayisədə 2,83 qəpikdən 2,77 qəpiyə, satışı isə 2,85 qəpikdən 2,8 qəpiyə düşüb.
Başqa sözlə, 2 gündə 1000 rubl 2-2,3 manat ucuzlaşıb.
Qeyd edək ki, xeyli müddət idi ki, rəsmi olaraq 1 rubl 3 qəpik səviyyələrində idi (1000 rubl = 30 manat). “Qara bazar”da isə alqı-satqı 2,9 qəpiklə aparılırdı.