Mərkəzi Bankın İdarə Heyətinin uçot dərəcəsinin səviyyəsi haqqında növbəti iclası 1 avqust 2017-ci il tarixinə təyin edilib. Bu barədə Fins.az Mərkəzi Bankdan bildirilib.
Mərkəzi Bankın İdarə Heyətinin qərarı haqqında press-reliz 22 iyun 2017-ci il tarixində saat 10:00-da ictimaiyyətə açıqlanır.
Xəbər verdiyimiz kimi, 21 iyun 2017-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin iclası keçirilib. İclasda 22 iyun 2017-ci il tarixindən uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edilib.