İyun ayının 22-da banklararası ticarətdə dollar yenidən düşüb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.6975 manat kursu ilə başlayıb və 1.6950 manata qədər ucuzlaşıb. Başqa sözlə, dollar manat qarşısında 0,29% dəyər itirib.
Qeyd edək ki, ötən gün “Bloomberg”də dollar ticarəti 1.7000 manat məzənnəsi ilə yekunlaşmışdı.
Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunu.