İyun ayının 23-də “qara bazar”da dolların məzənnəsi dəyişməyib. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən səhər saatlarında dolların alışı 1.6900 manat, satışı isə 1.6950 manat olaraq qalıb.
Dollarla yanaşı, avronun “qara bazar” kursu dəyişməyib. Hazırda Avropa valyutasının alışı 1.8800 manat, satışı isə 1.8900 manatdır.
Son bir neçə gündə ucuzlaşan Rus rublu da bu gün dəyişməz olaraq qalıb. Hazırda 1 rublun alışı 2,77 qəpik, satışı isə 2,80 qəpik təşkil edir.
“Qara bazar”dan bildirilib ki, dolların məzənnəsinin stabil olmasına baxmayaraq yenidən bahalaşma gözlənilir. Belə ki, “qara bazar”a çıxarılan dolların həcminin kəskin azalması bunu deməyə əsas verir: “Görünən odur ki, hamı dolları satmaqdan çox yığmağa meyl edir. Məsələn, əvvəl adambaşı “qara bazar”a satılan dolların həcmi 2-3 min dollar idisə, indi 50-100 dollara qədər azalıb”.