30 Oktyabr

Depozit hərracında tələb təklifi 94% üstələyib

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 200 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 387,5 mln. manat təşkil edib.
Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb təklifi 1,94 dəfə üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 200 mln. manat cəlb olunub, orta ölçülmüş faiz dərəcəsi isə 10,04% təşkil edib.