İyulun 25-də, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Fins.az-ın məlumatına görə, yığıncaq bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə kredit təşkilatının nizamnamə kapitalının artırılması məsələsi daxildir.
Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 119,686 mln. manatdır. Bankın səhmlərinin 21,9%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 27,6%-i "DEG" investisiya şirkətinə (Almaniya), 50,5%-i isə Müşahidə Şurasının sədri Eldar Qəribov da daxil olmaqla yerli fiziki şəxslərə məxsusdur.
© Report